İsrail əsgərləri Əl-Cəzirə telekanalının İordan çayının qərb sahilində yerləşən Ramalladakı bürosuna basqın edərək xəbər şəbəkəsinin əməliyyatlarını dayandırmağı əmr edib.
Xeber4.az “Al Jazeera” istinadən xəbər verir ki, ağır silahlı və maskalı İsrail əsgərləri Əl-Cəzirənin bürosunun yerləşdiyi binaya zorla daxil olub.
Hadisədən sonra büro rəhbəri Vahid əl-Öməriyə şəbəkinin 45 günlük bağlanması əmrini verib.
Əl-Öməriyə onu da bildirib ki, İsrail ordusunun bağlanma əmri şəbəkəni terrorizmə təhrik və dəstək verməkdə ittiham edir.
Əl-Öməriyə baş verənləri “həqiqəti silmək” adlandırıb:
“Jurnalistləri bu şəkildə hədəfə almaq həmişə həqiqəti silmək və insanların həqiqəti eşitməsinə mane olmaq məqsədi daşıyır”.
Büro rəhbəri həmçinin, İsrail ordusunun onların kameralarını müsadirə etdiklərini söyləyib.
Hökumətin Qəzzadakı mediası isə İsrailin bu addımını “mətbuat və media azadlığının pozulması”,- olduğunu bildirib.
İsrail hərbi maşınları basqından sonra Ramallahı tərk edib.
Qeyd edək ki, hazırda Əl-Cəzirə jurnalistləri həmin bölgədə baş verən hadisələr barədə xəbər verə bilmirlər.