
İsrail ordusu HƏMAS-ın hərbi obyektinə hava zərbəsi endirib.
Xeber4.az “Oxu.az”a istinad edərək xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr HƏMAS-ın Suriyanın cənubunda yerləşən silah anbarına zərbələr endirib.
Xatırladaq ki, yanvarın 19-da İsraillə HƏMAS arasında altı həftəlik ilkin atəşkəs razılaşması əldə edilib.