InShot_20241106_232727256

İsrail qırıcıları Beyrutun Rafik Hariri Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub bölgələrinə zərbələr endirib.

Xeber4.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış səsləri hava limanının uçuş zolağından bir neçə yüz metr aralıda eşidilib.

Bildirilir ki, güclü zərbələrə baxmayaraq, Beyrut hava limanı adi qaydada fəaliyyətini davam etdirir.