İsrail yeni atəşkəs danışıqlarında iştirakı qəbul edib.
Xeber4.az BBC-yə istinadən xəbər verir ki, İsrail ABŞ, Misir və Qətərin diplomatik təhrikindən sonra atəşkəsə və əsirlərin azad edilməsinə razılıq verib.
Üç dövlət, yəni ABŞ, Misir və Qətərin bəyanatına əsasən 15 avqut tarixində İsrail-Həmas arasında danışıqların həyata keçirilməsini tələb edib. Bu tələbə Həmas hələ ki, cavab verməyib. BMT tərəfindən qəbul edilən “çərçivə sazişi” bəyanatında atəşkəs və girovların azad edilməsi dayanır.
Avropa İttifaqının rəhbəri Ursula Von der bildirib ki, “Bizə indi Qəzzada atəşkəs lazımdır. Bu, insanların həyatını xilas etməyin, sülhə ümidi bərpa etməyin və girovların geri qaytarılmasını təmin etməyin yeganə yoludur”,-deyə qeyd edib.
Lakin Həmas vaxtıykən atəşkəs təklifini İsrailin Qəzzadan tamamilə çıxması və əsirlərin mübadiləli şəkildə geri qaytarılması şərti ilə qəbul etmişdi.
İsrailin baş naziri Benyamin Netanyahu isə həmin vaxt bildirmişdi ki, münaqişə yalnız Həmas məğlub olduqdan sonra bitə bilər.
Qeyd edək ki, Həmasın lideri İsmayil Həniyənin ölümündən sonra onun yerinə Yəhya Sinvari rəhbər seçildi.
İsrail İranın nüvə proqramını ekzistensial təhlükə olaraq görür. Lakin bütün bunlara baxmayaraq, Benyamin Netanyahu bildirib ki, “hər rübdən asılı olmayaraq bizə qarşı edilən hər hansı təcavüz aktının ağır əvəzini verəcəyik”
ABŞ sözçüsü Skot Devidsondan şok açıqlama verilib. Devidson bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana “dağıdıcı” cavab zərbələri edəcəyi gözlənilir. Belə ki, Həmasın lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra ABŞ-nin İraqdakı Əl-Əsəd hərbi hava bazasına hücum edilib. Amerika əsgərlərinin yaralandığı bu hücumdan sonra ABŞ hərbi bazası ilə birlikdə Yaxın Şərqdə hərəkətə keçib.