![maxresdefault (3)](https://xeber4.az/wp-content/uploads/2024/11/maxresdefault-3-1-1024x576.jpg)
İspaniyada baş verən güclü daşqının bitməsindən sonra yenidən yağan yağış bir daha daşqınlara səbəb olub.
Xeber4.az “BBC”yə istinadən xəbər verir ki, İspaniyanın Kosta-del-Sol bölgəsində yağan güclü yağışlar nəticəsində minlərlə insan evlərindən təxliyə edilib.
Xatırladaq ki, oktybrın 29-da Valensiya bölgəsində 222 nəfərin həyatına son qoyan və 32 nəfərin itkin düşməsinə səbəb olan güclü daşqınlardan həftələr sonra ərazi yenidən yüksək həyəcan vəziyyətinə gətirilib.
Malaqanın Quadalhorce şəhərində çaya yaxın ərazidə yaşayan 3000-ə yaxın insana isə evlərini tərk etmələri tövsiyyə edilib.
Valensiyada 2 həftə bundan əvvəl olan daşqınlardan sonra 5 yaşlı İzan Matias və onun qardaşı 3 yaşlı Ruben Matiasın meyiti sonradan tapılıb.
İspaniyadakı daşqın məsələsi Azərbaycanda keçirilən Cop29-da müzakirə edilib. Belə ki. COP-un iqlim sammitinin ilk günündə Ümumdünya Meterologiya Təşkilatının Baş katibi Seleste Saulo İspaniyada baş verən son daşqınların dünyaya güclü bir mesaj olduğunu söyləyib:
“İspaniyada yağan inanılmaz miqdarda yağış, daha isti bir atmosferin nə qədər daha çox su saxlaya biləcəyi ilə bağlı həyəcan siqnalı idi”,-deyə o xüsusi olaraq vurğulayıb.
Qeyd edək ki, İspaniyanın cənubunda, Əndəlüsdə yerləşən Malaqa şəhərindəki kəskin hava xəbərdarlığı həmçinin İspaniya və Polşabarasında Billie Jean King Kubokunun açılış matçının təxirə salınmasına səbəb olub.