InShot_20241130_160007227

İraq Suriyada münaqişənin şiddətlənməsi fonunda bu ölkə ilə sərhədində təhlükəsizliyi gücləndirir.

Xeber4.az “Report”a istinadən xəbər verir ki, bu barədə İraq Sərhəd Qoşunlarının komandanı Məhəmməd Əbdülvahab əl-Suaydi INA xəbər agentliyinə bildirib.

“Suriya ilə sərhədi möhkəmləndirmək üzrə işlər apardıq və orada ən yaxşı bölmələri yerləşdirdik. Sərhədlərimiz təhlükəsizdir, onların pozulması ehtimalı istisnadır”, – əl-Suaydi deyib.

Daha əvvəl İraqın müdafiə naziri Sabit Abbasi də İraq ordusunun ölkənin sərhədlərini və hava məkanını istənilən təhlükədən qorumağa hazır olduğunu vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir