livan

İranın Livandakı səfiri Müctəba Əmaninin şəxsi peycerinin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ciddi xəsarət alıb.

Xeber4.az-ın verdiyi məlumata görə, bu barədə “Nyu York Tayms” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə istinadla xəbər verib.

Bildirilir ki, Əmaninin xəsarətləri əvvəl deyilənlərdən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq.

Qəzet bildirir ki, sosial mediada yayılan videoda hücumdan sonra Əmaninin köynəyi qanlı halda Livanda küçədə olduğu görünür.