
ABŞ-li milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask oktyabrın 31-də Filadelfiyada məhkəmə iclasında iştirak etməlidir.
Xeber4.az “The Guardian”a istinadən məlumat verir ki, yerli Prokurorluq biznesmeni noyabrın 5-də keçiriləcək prezident seçkisi ərəfəsində pulun qanunsuz paylanmasında ittiham edib.
Prokurorluq Donald Trampın namizədliyini dəstəkləmək üçün İ.Mask tərəfindən oktyabrın 28-də təşkil edilən pul oyununu qanunsuz lotereya hesab edərək iddia qaldırıb.
Qeyd edək ki, hakim bütün tərəflərin dinləmədə iştirakının məcburi olmasına qərar verib.