İkiqat Olimpiya çempionu, velosipedçi Remko Evenepul qəzaya uğrayıb.
Xeber4.az ” News day”ə istinadən xəbər verir ki, Remko Evenepul Belçikada məşq zamanı velosipedini sürərkən mikroavtobillə toqquşub.
Hadisədən sonra xəstəxanaya aparılan 24 yaşlı idmançı çiynindən və qolundan ağır xəsarət alıb.
Xatırladaq ki, R.Evenepul Fransada keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Qeyd edək ki, qəza nəticəsinə Evenepulun velosipedi də ikiyə bölünüb.