
İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın səhra komandirinin hava zərbəsi ilə öldürüldüyünü açıqlayıb.
Xeber4.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kana bölgəsində “Hizbullah”ın səhra komandirini öldürüb”, – deyə bəyanatda bildirilir.
Qeyd edilib ki, öldürülən şəxs İsrailə qarşı çoxlu sayda terror aktının planlaşdırılması və həyata keçirilməsinə görə məsuliyyət daşıyırdı.