İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın Beyrutdakı kəşfiyyat qərargahına və rabitə mərkəzinə hücum edib.
Xeber4.az xəbər verir ki, bu barədə qüvvələrin teleqram kanalında məlumat verilib.
Qeyd olunub ki, hərəkat üzvləri, kəşfiyyatqurğuları və “Hizbullah”ın digər infrastrukturu hücuma məruz qalıb.
Məlumatda sözügedən qərargahının qruplaşmanın əsas kəşfiyyat orqanı olduğu da vurğulanıb.