InShot_20240928_003041634

Hindistanda minlərlə insanın keçirdiyi Hindu dini bayramı zamanı çaylarda və gölməçələrdə çimərkən 46 nəfər suda boğulub.

Xeber4.azReuters“ə istinadən xəbər verir ki, daşqına meyilli çayda qeyd edilən dini ayin nəticəsində 37-si uşaq və 7-si qadın olmaqla, ümumlikdə 46 nəfər suda boğulub.

Hindistan mediası hadisədən sonra bildirib ki, bəzi çaylar və gölməçələrdə güclü yağışlardan sonra daşqınlar yaranır və nəticədə çaylar qabarır.

Hindistanda hər il keçirilən “Jivitputrika Vrat” adlı festivalda qadınlar oruc tutur və uşaqların sağlamlığı üçün dua edilir. Bu zaman onlar çimmək üçün çaylara və gölməçələrə gedirlər.

Qeyd edək ki, Hindistanda bundan əvvəl keçirilən dini tədbirlərdə ölümcül izdihamlar olub, lakin suda boğulma hadisəsi nadir hallarda baş verir.