4e9f7466-7d52-4534-bb9b-d1e9994006fd

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları şənbə günü keçirilməsi planlaşdırılan girovların dəyişdirilməsini təxirə salındığını açıqlayıb.

Xeber4.az “BBC”yə istinadən xəbər verir ki, HƏMAS məhbus mübadiləsinin təxirə salınmasına səbəb kimi İsrailin atəşkəsi pozmaq cəhdlərini vurğulayıb.

HƏMAS bu açıqlamanı verib:

“Son üç həftə ərzində biz İsrailin razılaşmanın şərtlərini pozduğunu müşahidə etdik. Bu pozuntular arasında köçkünlərin Qəzza zolağının şimalına qayıtmasının gecikdirilməsi, zolağın müxtəlif yerlərində fələstinlilərə atəş açılması və razılaşdırıldığı kimi hər hansı yardımın bölgəyə daxil olmasına icazə verilməməsi daxildir. Bununla belə, HƏMAS bütün öhdəliklərini yerinə yetirib”.

Qeyd edək ki, 2023-cü il 7 oktyabr tarixində başlayan HƏMAS-İsrail müharibəsi, 19 yanvar 2025-ci ildə atəşkəslə başa çatdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir