Hataydan Suriyaya 30 yük maşını göndərilib.
Xeber4.az “Habertürk”ə istinadən xəbər verir ki, İHH Humanitar Yardım Vəqfi və Qətər Yardım Təşkilatı tərəfindən humanitar yardım məqsədli 30 yük maşını Hataydan İdlibə yola çıxıb.
Maşınlarda yemək, geyim və gigiyena materialları var.
İHH Körfəz Xüsusi Nümayəndəsi Həsən Aynacı da vəqf olaraq Suriyada vətəndaş müharibəsi zamanı ehtiyacı olanlara yardım əlini uzatdıqlarını açıqlayıb.
“Suriyanın azad edilməsi ilə oradakı qardaşlarımızı unutmadıq və onlara kömək etməyə davam edirik. Bu gözəl günlərdə onların yanında olacağıq. Bu prosesdə çətinliklər ola bilər, lakin onların öz ölkələrinə getmələrini təmin edəcəyik. Suriyalı qardaşlarımızı Türkiyədə necə ağırladıqsa, bundan sonra da onlara dəstək olacağıq. Təxminən 4,5 milyon Qətər riyalı olan yardımın ilk hissəsini göndərəcəyik. Suriyalı qardaşlarımızın çətinliklərini yüngülləşdirməyə çalışacağıq”.
Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi nəticəsində hökumət Bəşər Əsəd rejimi devrilmiş və hakimiyyət müxaliflər olan Suriya Milli Ordusunun nəzarəti altına keçmişdir.
Həmin ərazilərdə yaşayanlara humanitar yardımların göndərilməsi davam edir.