Türkiyənin xarici işlər naziri Hakan Fidan Egey dənizi ilə bağlı mübahisəli məsələlərin müzakirəsi üçün Yunanıstana səfər edəcək.
Xeber4.az “Unikal”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, H.Fidan rəsmi Ankaranın bu məsələ ilə bağlı mövqeyini rəsmi Afinanın diqqətinə çatdıracaq.