InShot_20241026_223230512

Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 69,94 faizi hesablanıb.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda hakim “Gürcü Arzusu” partiyası 52,98 faiz səslə liderdir.

MSK-nın məlumatına görə, ümumilikdə 5 partiya 5 faizlik seçki bariyerini keçib.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub.