InShot_20241214_192607124

Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində olan talvar avtomobillərin üzərinə aşıb.

Xeber4.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülüb və yaranmış təhlükə aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir