Oktyabrın 22-də saat 21 radələrində Göyçay rayonunun Potu kəndi ərazisində 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Xeber4.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub.
Fatla bağlı araşdırma aparılır.