gimnast

Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Xeber4az  BakuTV -yə istinadla bildirir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci pilləyə yüksəlib.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə əldə edib.

Qeyd edək ki, Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir