InShot_20250102_204304538

Gəncə şəhərində yol – nəqliyyat hadisəsi baş verib.

Xeber4.az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, hadisə Zazalı postu adlanan ərazinin yaxınlığında qeydə alınıb.

“Opel” markalı avtomobil dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü 1971-ci il təvəllüdlü Məmmədov Hafiz Nürəddin oğlu həyatını itirib.

İlkin məlumata görə, sürücü sükan arxasında ürəktutmadan keçinib. Nəticədə idarəetməni itirib və məlum qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir