1000092673

Gəncədə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi olub.

Xeber4.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü 2004-cü il təvəllüdlü F.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.