Gəncədə mənzildə meyit aşkarlanıb.
Xeber4.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində mənzildən 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.