Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.
Xeber4.az “Apa”a istinadən xəbər verir ki, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn VAZ markalı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.
“Toyota”nın sürücüsü, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nicat Qafar oğlu Şükürov və sərnişin, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Səlim Mərdan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır