InShot_20240927_210343835

Baku TV Vətən müharibəsi zamanı ilk işğaldan azad edilən məkanlardan birindən – Füzulinin Alxanlı kəndindən reportaj hazırlayıb.

Xeber4.azBaku TV“-yə istinadən xəbər verir ki,doğma yurduna qayıdan Füzuli sakinləri Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edərək sevinc hisslərini bölüşüblər.

“Övladım Ülvi Mikayılov da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğma Füzulimizdə yaşamaq bizim üçün fəxrdir. Vaxt var idi, biz bu torpaqlara həsrətlə baxırdıq. İndi isə burada üzüağ yaşayırıq”, – deyə Füzuli sakini Bəhruz Mikayılov söyləyib.