
Qəzza zolağının bərpası BMT-nin hesablamalarına görə, 80-90 milyard dollar həcmində qiymətləndirilir.
Xeber4.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl “Izvestiya” nəşrinə müsahibəsində bildirib.
“BMT-nin hesablamalarına görə, Qəzzanın bərpası üçün məbləğ 80-90 milyard dollar olaraq qiymətləndirilir. İnfrastrukturun bərpası üçün yeddi-səkkiz il vaxt lazımdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu səbəbdən də təcili olaraq Qəzzanın yenidən qurulması ilə bağlı beynəlxalq donor konfransının keçirilməsinə zərurət var.