InShot_20250210_201052683

Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır.

Xeber4.az xəbər verir ki, bu barədə TASS-a parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

Belə ki, Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsi parlamentin fevralın 11-dən 14-dək keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir