
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinə ad günü münasibətilə gözəl vaza hədiyyə edib.
Xeber4.az “Oxu az”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya-1” telekanalının “Telegram” kanalında yayımlayan “Moskva. Kreml. Putin” proqramından bir fraqmentdə bildirib.
“Deyə bilərəm ki, bu gözəl vazadır”, – Rusiya liderinin köməkçisi bildirib.
Xatırladaq ki, Putin oktyabrın 7-də 72 yaşını qeyd edib. Ərdoğan hədiyyəsini Putinlə həmin gün baş tutan telefon danışığından əvvəl göndərib.