
Xeber4az “Oxu.az”a istinadən xəbər verir ki, bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və həyat yoldaşı S.İsmətovanın meyitləri tapılıb.
Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum olmayıb.
Əldə edilən məlumata görə, araşdırma nəticəsində S.İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.
Qeyd edək ki, bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.