IMG-20241125-WA0002

İranın ali rəhbəri Ayətullah Əli Xaminei canlı yayımlanan çıxışında İsrailin baş nazirinin həbsi ilə bağlı qərarın kifayət olmadığını bildirib.

Xeber4.az “Azad İrana”a istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali Rəhbəri Xaminei çıxışında bu ifadələri işlədib: “Bunların etdiyi iş qələbə deyil, müharibə cinayətidir. Onun həbs edilməsinə hökm verdilər, bu, kifayət deyil”.

Həmçinin Xaminei  Netanyahuya həbs yox, edam hökmünün verilməli olduğunu bildirib.

“Netanyahuya edam hökmü verilməlidir! Bu cinayətkar başçıların edam hökmü çıxarılmalıdır!”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi bildirib ki, Benyamin Netanyahu Böyük Britaniyaya daxil olarsa, verilmiş order əsasında həbs olunacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir