
Himalay dağlarının alt silsiləsində və dəniz səviyyəsindən yuxarıda yerləşən Yer kürəsinin ən yüksək zirvəsi olan Everest dağının hündürlüyü getdikcə daha da artır.
Xeber4.az “Guardian“a istinadən xəbər verir ki, 8,849 metr hündürlüyündə olan Everest zirvəsində qonşu çayların eroziya, yəni çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri nəticəsində 10-15 metr yüksəldiyi məlum olub.
Bu artım, son illər ərzində çayların tutulması nəticəsində yaranan eroziyanın dağ zirvələrini yüksəltməsi ilə əlaqələndirirlər. Ekspertlər Everestin bu təbii prosess nəticəsində hər il 0,16 mm-dən 0,53 mm-ə qədər yüksəldiyini söyləyirlər.
Nepal tədqiqatçıları isə Everest dağının hündürlüyünün artmasını qarın hündürlüyünün artması ilə əsaslandırıblar. Bir sözlə Everest dağının hündürlüyü tektonik fəaliyyətlər səbəbindən davamlı olaraq dəyişir.
Bu zirvə o qədər hündür və kəskin iqlimə malikdir ki, alpinistlər Everestin yalnız bir hissəsinə çıxa bilirlər.
Qeyd edək ki, Everestə qonşu zirvələr olan Makalu, Lhotse yüksəkliklərində də artım müşahidə edilib.