
Amerikalı milyarder İlon Mask özünün “xAI” şirkətinin “Grok” süni intellekt servisinin yeni versiyasını – “Grok 3″ü təqdim edib.
Xeber4az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, İ.Mask “Grok 3″ü dünyanın ən ağıllı süni intellekti adlandırıb.
Şirkət nümayəndələrinin dediyinə görə, “Grok 3” “Google Gemini”ni, “DeepSeek V3″ü, “Claude”ni, habelə “GPT-4″ü üstələyir.
İ.Maskın sözlərinə görə, “Grok 3” əvvəlki versiyanı – “Grok 2″ni üç dəfə üstələyir. Şirkət “Grok 3” üçün “Deepsearch” “ağıllı” axtarış sistemini də nümayiş etdirib.
Qeyd edək ki, “Grok 3” modeli “X” sosial şəbəkəsində “Premium+” sahibləri üçün əlyetimlidir.