InShot_20241101_132048616

“Qərbi Azərbaycanda azərbaycanlıların dəfn olunduğu 600 qəbiristanlıqdan cəmi ikisi salamat qalıb”.

Xeber4.az “Oxu.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.

“Hazırda Qərbi Azərbaycanda yerləşən 3 qəbiristanlıqla bağlı araşdırmalar gedir. Bir sıra qəbiristanlıqlar ermənilər tərəfindən qazılaraq tankların dayanması üçün yerlər düzəldilib. Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılan qalıqları müşahidə edilir.

Basarkeçər rayonunun 4 kəndində – Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir.

Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır”, – deyə deputat bildirib.