InShot_20241111_132338769

Bakı bulvarında naməlum nəhəng canlının sahilə çıxması ilə bağlı xəbər reallığı əks etdirmir.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən günlərdə Xəzər dənizində böyük balığın üzməsi ilə bağlı görüntülər yayılmışdı. Sahilə çıxan canlının həmin balıq olduğu ehtimal edilirdi. Lakin hazırda Bakıda Dənizkənarı bulvarında olan balina bir maketdir və sözügedən maket “Captain Boomer” əsəridir.

Balınanın nümayiş olunmasında məqsəd iqlim dəyişikliklərinə diqqəti cəlb etmək, balinaların qarşılaşdığı problemi qabartmaqdır.

Qeyd edək ki, Bakıdan əvvəl balina maketi dünyanın bir çox şəhərlərində nümayiş etdirilib. Bu şəhərlər arasında Paris, Sürix, Bordo və digərləri var.