1000095372

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən həbs olunub.

Xeber4.az Bizim.media-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum edilib.

Anar Əsgərov təkrar rüşvət almaqda ittiham olunur.