Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenergard ilə görüşüb.
Xeber4.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Görüş zamanı nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.