InShot_20241115_145041682

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib.

Xeber4.az xəbər verir ki, tərəflər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müzakirələr aparıblar.

Bu barədə Azərbaycan XİN-in “X” sosial hesabında paylaşım edilib.

“Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb”, – paylaşımda qeyd edilib.