InShot_20241008_215606789

Cəlilabad rayonunda yol qəzası olub.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.