Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.
Xeber4.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Belə ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il təvəllüdlü E.Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində piyada, 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.