InShot_20241214_222709843

Bu il Türkiyədə 51 min 433 daxili təhlükəsizlik əməliyyatı həyata keçirilib.

Xeber4.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu əməliyyatların 44 min 882-si PKK/KCK-ya, 4 min 637-si FETÖ-yə, 1310-u DEAŞ-a, 604-ü isə digər terror təşkilatlarına qarşı həyata keçirilib.

PKK/KCK-ya qarşı keçirilən əməliyyatlar nəticəsində 779 terrorçu zərərsizləşdirilib, 10 min 297 şübhəli saxlanılıb.

FETÖ, DEAŞ və digər terror təşkilatlarına qarşı aparılan əməliyyatlarda isə ümumilikdə 11601 şübhəli saxlanılıb, onlardan 1894-ü həbs edilib.

Əməliyyatlar zamanı terror təşkilatlarından 45,8 milyon FETÖ, 24,6 milyon DEAŞ, 3,4 milyon PKK/KCK və 320 min lirə pul müsadirə edilib.

Qeyd edək ki, ilin əvvəlindən Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən 86-sı PKK, 13-ü isə DAİŞ-dən olmaqla 99 terror hücumunun qarşısını alıb. Bunlardan 75-nin bombalı hücum planlarından ibarət olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir