Oktyabr ayında başlanan güclü maqnit qasırğası davam etməkdədir.
Xeber4.az “Lent.az”a istinadən xəbər verir ki, qırmızı indeksi yeddi bal olan maqnit qasırğası üç gündür ki, davam edir.
Bu qasırğa təkcə sağlamlığa deyil, mobil rabitəyə də təsir edə bilər.
Müətəxəssislər maqnit qasırğasından təsirlənən insanlara bir sıra tövsiyələr verib.
Belə ki, maqnit fırtınaları başlamazdan əvvəl mütəxəssislər baş ağrılarını aradan qaldırmaq üçün aspirin tableti qəbul etməyi və ya bir stəkan suya bir neçə damcı valerian əlavə edərək içməyi məsləhət görürlər. Bunlarla yanaşı, səkkiz saatlıq yuxu, təmiz havada gəzintinin də köməyi olacaqdır.
Qeyd edək ki, oktyabr ayında üç maqnit qasırğası olacağı bildirilib. 5 ballıq növbəti maqnit qasırğasının isə oktyabrın 11 və 12-si tarixlərində olacağı gözlənilir.