InShot_20241027_220318002

Oktyabrın 28-də BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə bağlı iclası keçiriləcək.

Xeber4.az Trend-ə bu barədə dünya təşkilatındakı mənbə bildirib.

“Oktyabrın 28-də saat 15:00-da İran İslam Respublikasının xahişi ilə Əlcəzair, Çin və Rusiya Federasiyasının dəstəyi ilə Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası keçiriləcək”, – deyə bildirilib.

Qeyd edək ki, ötən gün İranın BMT-dəki daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədri qismində olan İsveçrədən İsrailin hücumu ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş edib.

Bundan əlavə, İran missiyası BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasını qəti mövqe nümayiş etdirməyə və İsrailin hücumunu qəti və birmənalı şəkildə pisləməyə çağırıb.