Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlunun qalıqları dəfn olunub.
Xeber4.az xəbər verir ki, şəhidin qalıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Ələkbər Əzizağa oğlu Babayev 1992-ci il noyabrında Ağdərə rayonunda itkin düşüb. Onun nəşinin qalıqları Tərtər şəhər məzarlığında aşkarlanıb, kimliyi müəyyən olunub.
Qalıqlar bu gün şəhidin ailəsinə təhvil verilib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şəhidin evində vida mərasimi keçirilib.