InShot_20241009_215803273

Bir neçə gün öncə İstanbulda iki gənc qadının vəhşicəsinə qətlə yetirilməsindən sonra Türkiyədə başlanan etirazlara dəstək olmaq məqsədilə tələbələr dərslərə qara paltarlarla getməyə başlayıblar.

Xeber4.az xəbər verir ki, sözügedən aksiyaya Azərbaycandan da tələbələr qoşulub.

Belə ki, Azərbaycan Tibb Universitetinin tələbələri Türkiyədəki yaşıdları ilə həmrəylik nümayiş etdirmək üçün universitetə qara paltar geyinib gediblər.