InShot_20241012_002251620

Amerikanın Florida ştatında 16 nəfərin ölümünə səbəb olan Milton qasırğası davam edir.

Xeber4.az “BBC”yə istinadən xəbər verir ki, qasırğa nəticəsində iki milyondan çox ev elektriksiz qalıb.

Ağ ev bildirib ki, Co Bayden Milton qasırğasının təsirinə məruz qalmış əraziləri görmək üçün bazar günü Floridaya gedəcək.

Bayden həmçinin mətbuat brifinqindəki çıxışı zamanı qasırğanın ölkəsinə təxminən 50 milyard dollar dəyərində ziyan vurduğunu söyləyib.

Qeyd edək ki, Amerika ərazisində son iki həftə ərzində beş qasırğa hadisəsi baş verib.