
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yolun bir hissəsi çöküb.
Xeber4.az “Oxu.az“a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, kanalın üzərindən keçən yolun bir hissəsi çöküb. Kənarda yerləşən meheccer isə bir neçə aydır ki, aşıb.
Problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti bildirib ki, ərazidə təmir işləri aparılıb, meheccer isə qaldırılaraq yerinə qoyulub.