xetaiyangin

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, paytaxtın, Xətai rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Xeber4.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tüstü Babək prospekti istiqamətindən səmaya yüksəlib.

Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.