
Bakının Nizami rayonunda yerləşən villada baş verən yanğın söndürülüb.
Xeber4.az xəbər verir ki bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, rayonun Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.