Bakı şəhəri, Nizami rayonunun Ə.Vəliyev küçəsində sexdə yanğın hadisəsi baş verib.
Xeber4.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əməliyyat şəraitinə uyğun olaraq həyata keçirdiyi operativ və təxirəsalınmaz tədbirləri nəticəsində yanğın genişləmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 3250 kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400 kv.m və içərisindəki mebel əşyaları 100 kv.m sahədə, avtomobil təmiri sexi 100 kv.m sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20 kv.m sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 kv.m sahədə yanıb. Həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub.
Lakin yanğın zamanı xəsarət alan olmayıb.