fhnn

Bakının Nərimanov rayonu ərazisində restoranda yanğın olub.

Xeber4.az “APA”ya istinadən xəbər verir ki, hadisə Atatürk prospektində yerləşən restoranda qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

İaşə obyektinin havalandırma qurğusunda yanan yağ qalıqları yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb