
Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adgözəli vurub qaçan şəxslər saxlanılıblar.
Xeber4.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, avqustun 25-də axşam saatlarında E.Adgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.
Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.